Ana Sayfa > Karusel / Gündəm > Mirşahinin qardaşını həbsdən azad etdilər

Mirşahinin qardaşını həbsdən azad etdilər


15-02-2019, 16:49. Yazar: sevinc1
Mirşahinin qardaşını həbsdən azad etdilər


Real TV-nin rəhbəri Mirşahin Ağayevin dələduzluqda təqsirləndirilən qardaşı Mirəddin Ağayev azadlığa çıxıb.

aia.az-ın Unikal.org-a istinadən xəbərinə görə, Mirəddin Ağayevin səhhətində ciddi problem yarandığı üçün bir neçə gün bundan öncə məhkəmənin qərarı ilə şərti cəza ilə sərbəst buraxılıb.

Qeyd edək ki, M. Ağayev Qəzənfər Davud oğlu Qəzənfərov adlı şəxsin Səbail rayon Polis İdarəsinə şikayəti əsasında istintaqa cəlb olunmuşdu. O, D. Qəzənfərovun 2 min manatını, daha 3 vətəndaşın isə ümumilikdə 86 min manat məbləğində vəsaitini dələduzluq yolu ilə mənimsəyib. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun hökmü ilə Mirəddin Ağayev 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

aia.az
Geri dön