Ana Sayfa > Qərbi Azərbaycan > “Azərbaycanda 3000 nəfərə orqan köçürülməlidir” - Deputat

“Azərbaycanda 3000 nəfərə orqan köçürülməlidir” - Deputat


15-02-2019, 12:02. Yazar: sevinc1
“Azərbaycanda 3000 nəfərə orqan köçürülməlidir” - Deputat



"Bu gün Azərbaycanda 3000 nəfərin orqan transplantasiyasına ehtiyacı var, onun heç üçdə birini edə bilmirik”.

aia.az Medicina.az-a istinadən xəbər verir ki, bunu bu gün keçirilən V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransında Milli Məclis Səhiyyə komissiyasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, bununla baölı qanunvericilikdə təkminləşdirmə aparılır: "Azərbaycanda orqan transplantasiyası barədə ilk qanun hələ 1999-cu ildə qəbul olunmuşdu. O illərdə dünyada belə orqan köçürülməsi indiki kimi geniş yayılmamışdı. Bu qanunda yalnız canlı insandan insana orqan köçürülməsinə icazə var.

Amma bizdə meyitdən orqan transplantasiyası hələ ki, qanunla dəstəklənməyib. Bunun üçün hüquqi və maddi-texniki baza yoxdur. Milli Məclisdə səhiyyə komitəsi nəzdində yaradılmış işçi qrupu yeni qanun üzərində işləyir. Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Bundan sonra orqan donorluğu, meyitdən orqan köçürülməsi daha da genişlənəcək”.

Onun sözlərinə görə, yeni qanun qəbul olunduqdan sonra cəmiyyətdə elm adamları, din xadimlərimiz geniş maarifləndirmə işləri aparmalıdır ki, insanlarımız meyitdən orqan köçürülməsinə könüllü razı olsun: "Həmçinin ölkədə maddi texniki baza yaradılmalıdır ki, beyin ölümü keçirmiş meyitdən orqan çıxarılıb, ehtiyacı olan xəstəyə dünya standartlarına uyğun köçürülsün”.


aia.az
Geri dön