Ana Sayfa > Gündəm > Əfv Məsələləri Komissiyası bu gün toplaşır
Əfv Məsələləri Komissiyası bu gün toplaşır14-02-2019, 15:32. Yazar: sevinc1 |
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. aia.az Trend-ə istinadən xəbər verir ki, iclasda əfvlə bağlı müraciətlərə baxılması nəzərdə tutulub. Komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilir. Komissiyanın ötən iki iclasında 200-ə qədər müraciətə baxılıb. Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı. Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu. aia.az Geri dön |