Ana Sayfa > Karusel / Təhsil > Ceyhun Bayramov təhsil ekspertinin liseyinə lisenziya vermir - QALMAQAL

Ceyhun Bayramov təhsil ekspertinin liseyinə lisenziya vermir - QALMAQAL


14-02-2019, 14:38. Yazar: sevinc1
Ceyhun Bayramov təhsil ekspertinin liseyinə lisenziya vermir - QALMAQAL




Təhsil Nazirliyi təhsil eksperti Kamran Əsədova lisey açmaq üçün təqdim etdiyi Nizamnaməyə rəy vermir.

BakuPost-un məlumatına görə, ekspert bunu "Facebook” sosial şəbəkəsindəki profilində yazıb.

K. Əsədov qeyd edib ki, 2016-cı ildə bir iş adamının vəsaiti ilə ölkədə yeni, modern bir lisey layihəmin həyata keçirilməsinə başlayıb: "Təhsil layihəmin maliyyələşdirilməsi üçün çox qapı döymüşdüm. Heç kim yaxın durmurdu, vəsait ayırmırdı. Sonra restoran açmaq istəyən birini fikrindən daşındırıb, bu sahəyə yönəldə bildim. Başlanmış iş 2018-ci ildə bitdi. Yəni bina, infrastruktur tam şəkildə Nazirlər Kabinetinin məktəblərin tikintisi ilə bağlı 171 saylı qərarının bütün tələblərinə uyğun olaraq hazırlandı. Ardınca lisenziya almaq prosesinə başladım. Amma eləcə başladım. Çünki liseyin Nizamnaməsinə rəy vermək üçün müraciət etdiyim Təhsil Nazirliyi Nizamnaməyə rəy vermir.

Özü də nə az, nə çox, 5 aydır ki, get – gələ salır və hər müraciətə də əsassız imtina yazır. Maraqlısı və gülünc tərəfi odur ki, onlara təqdim etdiyim Nizamnamə mənim müraciətimdən 10 gün əvvəl lisenziya verilmiş liseyin Nizamnaməsidir. Yəni sadəcə olaraq orda liseyin adı və təsisçinin adı dəyişib. Necə olur, onlar həmən Nizamnaməni təqdim edəndə təsdiq edirlər, amma eyni, onların 10 gün əvvəl təsdiq etdiyi Nizamnaməni mən təqdim edəndə imtina edirlər? Özü də hər müraciətə 30 iş günündə, yəni azı 45 gün ərzində baxırlar. Sonuncu rəylərində 3 bəndin dəyişdirilməsini bildiriblər. Məndə o 3 qeydi dəyişib yenidən müraciət etmişəm. Yeni müraciətin üstündən 10 gün keçib, maraqlanıram, deyirlər ki, sizin müraciətinizin icra müddəti 27 martda başa çatır. Axı mən yeni sənəd təqdim etməmişəm, eyni nizamnamədir və siz ona əvvəl 45 günə baxmısız, indi həmən 3 dəyişikliyə baxın, rəyi verin gedək işimizlə məşğul olaq. Yoxsa bu şəxsi qərəz nədir? Özü də dəhşətlisi odur ki, liseylə bağlı nazirliyin bir çox rəhbərliyi ilə görüşmüşəm, danışmışam. Amma gördüyüm odur ki, onlar məsələyə şəxsi zəmində baxırlar, təhsilin inkişafında, məktəb açılmasında maraqlı deyillər”.

K. Əsədov 21 iyun 2018-ci ildə elə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə baş nazirin müavini Əli Əhmədovun Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazım olduğu barədə sözlərini xatırladıb:


"Hörmətli Əli müəllim, mən ölkəyə sərmayə cəlb edib sizin dediyinizi etmişəm, amma indi məmurların təsiri, müdaxiləsi ilə bunu tamamlaya bilmirəm. Yaratdığım lisey ölkədə dizayn, infrastruktur baxımından ən yaxşılarından biridir. Mən bunu Türkiyədə, Gürcüstanda da yarada bilərdim. Amma Azərbaycan prezidenti İlham Əliyev Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxışı zamanı demişdi ki, xaricdəki iş adamlarımızı Azərbaycana sərmayə qoymağa dəvət edirəm. Mən də ölkə prezidentinin bu çağırışına səs verib rahatlıqla təhsil layihəmə ayrılan vəsaiti ölkəyə yatırdım. Prezident İlham Əliyev 23 Yanvar 2018-ci ildə Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda demişdi ki, " özəl sektora dövlət dəstəyi var və bundan sonra özəl sektorun dəstəklənməsi siyasəti davam edəcək”. Amma Təhsil Nazirliyi prezidentin bu istək və çıxışlarına qarşıdır. Süni yolla maneə yaradırlar. İmkan vermirlər ki, özəl liseyimiz fəaliyyətə başlasın. Təkrar yenə də deyirəm ki, onlara özlərinin təsdiq etdiyi Nizamnamənin eynisini təqdim etmişəm. Müddəti isə süni şəkildə, əsassız olaraq uzadırlar. Açılan hər bir məktəb, hər bir lisey təhsilin inkişafı üçün əhəmiyyətlidir. Amma belə başa düşürəm ki, təhsil Nazirliyi məktəbin yox, restoranın açılmasında maraqlıdır. Yoxsa hətta nazirliyin rəhbərliyi səviyyəsində belə bilinən məsələm 5 aydır süni şəkildə uzaldılmazdır. Onlar istəyir ki, investor ölkəni tərk etsin. Bu lisey nə qədər iş yeri, nə qədər dövlət büdcəsinə vergi, DSMF, kommunal ödənişlər deməkdir. Bu məsələ ilə bağlı nazirliyin bütün səlahiyyətli şəxslərinin rəsmi qəbulunda olmuşam, amma təəssüf ki, heç biri verdiyi vədi yerinə yetirməyib”.

aia.az
Geri dön