Ana Sayfa > İdman > “İdmançılar o torpaqlarda bayrağımızı dalğalandıracaq” - Millət vəkili
“İdmançılar o torpaqlarda bayrağımızı dalğalandıracaq” - Millət vəkili14-02-2019, 12:29. Yazar: sevinc1 |
Azərbaycan Kikboksinq Federasiyasının Prezidenti, millət vəkili Adil Əliyev Yasamal rayonunda yerləşən 60 nömrəli tam orta məktəbdə idmanla bağlı keçirilən tədbirdə iştirak edib. BakuPost-un məlumatına görə, A. Əliyev uşaqlara, gənclər pis vərdişlərdən uzaq tutmağın, idmana cəlb etməyin zəruri olduğunu bildirib. Millət vəkili məktəbliləri idmanla məşğul olmağa və sağlam böyüməyə çağırıb: "Sizlər gələcəyin əsgərləri, vətəni qoruyacaq igidlərsiniz. Azərbaycan əsgərlərinin sırasında idmançıların olması qürurvericidir. Yarışlarda Vətənimizin bayrağını başqa ölkələrdə dalğalandıran idmaçılarımızın işğal altında olan Vətən torpaqlarımız geri qaytarıldığı zaman da o torpaqlarda bayrağımızı dalğalandıracaq. Azərbaycan idmançılarının işğalçıları məğlub edəcək gücləri tükənməzdir. Düşmən bunu unutmasın!”. aia.az Geri dön |