Ana Sayfa > Manşet / Təhsil > Xaricdə doktorantura təhsili üçün yeni mexanizm tətbiq olunacaq - Prezident tapşırıq verib
Xaricdə doktorantura təhsili üçün yeni mexanizm tətbiq olunacaq - Prezident tapşırıq verib14-02-2019, 10:10. Yazar: sevinc1 |
Bu ildən Azərbaycan vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alması üçün yeni mexanizminin tətbiqinə başlanacaq. BakuPost-un məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən 2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda əksini tapıb. Sənədə əsasən Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu 2019-cu ildə ödəniş formaları və mənbələri nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydalarının hazırlanmasını təmin etməlidir. Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasına Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil alacaq şəxslərin təhsilinin işəgötürənlərin iştirakı ilə müştərək maliyyələşdirmə mexanizmlərinin hazırlanması tapşırılıb. Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət İmtahan Mərkəzi isə bu il doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan vətəndaşlarının seçimi meyarları və prosedurlarını müəyyən etməlidir aia.az Geri dön |