Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > “Azərbaycan” Nəşriyyatı qiymətləri qaldırdı - 25%

“Azərbaycan” Nəşriyyatı qiymətləri qaldırdı - 25%


6-01-2016, 20:59. Yazar: admin

Azərbaycan Nəşriyyatı çap xərclərini artırdığına dair redaksiyalara məktub göndərib

Aia.az-ın Azadlıq qəzetinə istinadən məlumatına görə, nəşriyyatın baş direktoru Ağabəy Əsgərovun imzası ilə göndərilən məktubda qeyd olunur ki, respublikaya gətirilən bütün növ poliqrafiya materiallarının qiymətləri kəskin artıdığı üçün nəşriyyat çap xərclərinə dəyişiklik etmək məcburiyyətindədir.

Yanvarın 5-dən etibarən çap xərcləri 25% artırılır. Həmin tarixdən çap xərcləri yeni qiymətlərlə ödənilməlidir.

Xatırladaq ki, ölkədə çap edilən əksər qəzetlər artıq qiymətləri ən azı 10 qəpik artırıblar.
Geri dön