Ana Sayfa > Karusel / Ölkə > Yeraltı təkanlar davam edəcək - Seysmoloji Mərkəz

Yeraltı təkanlar davam edəcək - Seysmoloji Mərkəz


9-02-2019, 11:44. Yazar: sevinc1
Yeraltı təkanlar davam edəcək - Seysmoloji Mərkəz


Fevralın 5-də baş verən zəlzələdən sonra İsmayıllı və Ağsuda afterşokların qeydə alınması hələ də davam edir.

aia.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Onun sözlərinə görə, bu ərazilərdə hiss edilməyən yeraltı təkanlar baş verir:

"Bu təkanlar zəlzələnin episentrində qeydə alınır. Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək".

Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

aia.az
Geri dön