Ana Sayfa > İqtisadiyyat > Nazir: Azərbaycanla Rusiya yüklərin rahat daşınması üçün birgə işləyir
Nazir: Azərbaycanla Rusiya yüklərin rahat daşınması üçün birgə işləyir8-02-2019, 17:17. Yazar: sevinc1 |
Azərbaycan və Rusiya yüklərin rahat daşınması istiqamətində birgə işlər həyata keçirir. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Samur çayı üzərində tikilməkdə olan avtomobil körpüsünə baxış zamanı jurnalistlərə deyib. Nazir bildirib ki, Azərbaycan-Rusiya əlaqələri yüksək səviyyədə inkişaf edir: "Əlaqələrin inkişafı bütün sahələrdə, əsasən də siyasi münasibətlərdə müşahidə edilir. Qeyri-neft sahəsi üzrə Rusiya Azərbaycanın əsas tərəfdaşıdır. Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi ilbəil artmaqdadır. Əvvəlki illərə nisbətən bu göstərici 20 %-ə qədər artıb. Biz hesab edirik ki, potensial daha yüksəkdir və gələcəkdə ticarət dövriyyəsinin artırılması üçün işlər görülür". Ş.Mustafayev qeyd edib ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı da məhz ixracata hesablanıb: "Bu baxımdan malların, yüklərin rahat daşınması üçün Azərbaycan Rusiya ilə birgə tədbirlər görür". aia.az Geri dön |