Ana Sayfa > Cəmiyyət > Qubada çaya düşən fəhlənin axtarışlarına əlavə qüvvələr cəlb edilib

Qubada çaya düşən fəhlənin axtarışlarına əlavə qüvvələr cəlb edilib


8-02-2019, 11:06. Yazar: sevinc1
Qubada çaya düşən fəhlənin axtarışlarına əlavə qüvvələr cəlb edilib


Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində suya düşən 1 nəfərin axtarışları davam etdirilir.

FHN-dən aia.az-a verilən məlumata görə, axtarışlara Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

aia.az
Geri dön