Ana Sayfa > Karusel / Ölkə > Azərbaycandakı zəlzələ bu yollarda çatlar əmələ gətirdi
Azərbaycandakı zəlzələ bu yollarda çatlar əmələ gətirdi7-02-2019, 10:20. Yazar: sevinc1 |
5 yanvar tarixində gecə saatlarında Azərbaycan ərazisində baş vermiş 6 ballıq zəlzələ zamanı bəzi yollarda çatlar əmələ gəlib. Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. A.Nəcəfli qeyd edib ki, Bakı-Şamaxı-Yevlax magistral yolunun Şamaxı şəhəri ərazisinə düşən hissəsində 4-5 yerdə çat əmələ gəlib: "Pirqulu-Dəmirçi və Qızmeydan yollarında bir-neçə yerdə çatlar və sürüşmələr, həmçinin Muğanlı-İsmayıllı yolunda da bir-neçə yerdə çat yaranıb". Onun sözlərinə görə, hazırda həmin yollara baxış keçirilir. aia.az Geri dön |