Ana Sayfa > Karusel / Gündəm > Meriyanın yeni qurumu hansı işləri görəcək?

Meriyanın yeni qurumu hansı işləri görəcək?


6-02-2019, 18:03. Yazar: sevinc1
Meriyanın yeni qurumu hansı işləri görəcək?



Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradılıb.

BakuPost-un əldə etdiyi məlumata görə, bu qurum paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacaq. Onun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.

Cəmiyyətin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib. Bu cür qurum bir çox ölkələrdə bu və ya digər formada mövcuddur.

Qərara uyğun olaraq "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcək.

aia.az
Geri dön