Ana Sayfa > Parlament > Şamaxıdakı zəlzələdən sonra təcili yardıma müraciət edənlərin ADLARI açıqlandı
Şamaxıdakı zəlzələdən sonra təcili yardıma müraciət edənlərin ADLARI açıqlandı6-02-2019, 13:23. Yazar: sevinc1 |
Zəlzələ nəticəsində Şamaxı rayon Təcili Tibbi Yardım Stansiyasına müraciət edənlərin kimliyi məlum olub. Trend-in məlumatına görə, hadisə nəticəsində təcili yardıma 19 nəfər müraciət edib: 1. Kərimova Sahilə 2. Şirəliyeva Könül 3. Mirzəliyeva Əzizə 4. Əsgərova Nübar 5. Sadıqov Həsrət 6. Baxşıyeva Məxruqət 7. İsmayılova Lətifə 8. Bilalov Elmar 9. Kərimov Rüstəm 10. Süleymanova Arzu 11. Xankişiyeva Yaqut 12. Əhmədova Zülfiyyə 13. Salahova Vəfa 14. Əliyev Yasər 15. Şükürova Aygül 16. Zeynalov Səhrab 17. Mehdiyeva Afaq 18. Mehdiyev Həsən 19. Ədilova Arzu Məlumata görə, təcili yardıma müraciət edən xəstələrə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar. Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04.25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Həmin zəlzələlərin 3-ü hiss edilən olub. Sonuncu iki zəlzələ isə hiss edilməyib. aia.az Geri dön |