Ana Sayfa > Parlament / Aia TV / Karusel > Biznes ortağını öldürən keçmiş yol polisinin cəzası azaldıldı – FOTO
Biznes ortağını öldürən keçmiş yol polisinin cəzası azaldıldı – FOTO3-07-2015, 15:15. Yazar: admin |
Cinayət qəbiristanlıqda baş verib. Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Zeynal Sadıqovun (1970-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb. aia.az xəbər verir ki, ötən il sentyabrın 6-da Suraxanı RPİ 31-ci polis bölməsinin əməkdaşları Bülbülə qəsəbəsində yerləşən qəbiristanlıqda üzərində zorakılıq əlamətləri ilə 25-30 yaşlarında olan qadın meyiti aşkar ediblər. Prokurorluğun müstəntiqi və ekspertin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, səhərisi gün istintaq yolu ilə müəyyən edilib ki, həmin qadın Nazilə Əmrahovadır (1968-ci il təv.). Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin törədilməsində şübhəli bilinən Zeynal Sadıqov tutulub. Onun əvvəllər Baş Dövlət Yol Polisində işləməsi məlum olub. İş üzrə dindirilən Zeynal Sadıqov Nazilə Əmrahovanı pul borcuna görə qətlə yetirdiyini bildirib. Onun sözlərinə görə, bir neçə il əvvəl Nazilə ilə tanış olub, birgə biznes qurublar, eyni zamanda aralarında yaxın münasibət yaranıb. Qətl 4000 manat borc üstündə baş verib. Ayın 5-də axşam onlar qadına məxsus “Honda” markalı avtomaşınla Bülbülə qəsəbəsinə gəliblər, salonda oturub, söhbət edərkən münaqişə başlayıb, buna görə Zeynal ilk zərbələri Naziləyə elə avtomobildə vurub. Yaralanan qadın imkan tapıb, qaçmağa cəhd göstərsə də, Sadıqov ona əlavə xəsarətlər yetirib və meyitini qəbiristanlıqda ataraq, hadisə yerindən uzaqlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan Z.Sadıqovın müdafiəçisi apellyasiya şikayəti verərək onun cəzasının yüngülləşdirilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib və Zeynal Sadıqovun cəzası 9 ilə endirilib. Geri dön |