Ana Sayfa > Gündəm > Ermənistan azərbaycanlı girovun buraxıldığını bəyan etdi
Ermənistan azərbaycanlı girovun buraxıldığını bəyan etdi5-02-2019, 15:11. Yazar: sevinc1 |
![]() Ermənistan 2 ildir girov saxladığı azərbaycanlı girov Elnur Hüseynzadəni azad edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin "prokurorluğu” məlumat yayıb. Onlar azərbaycanlı girovun fevralın 2-də azad olunduğunu açlıqlayıb. Xatırladaq ki, Elnur Hüseynzadə 2017-ci ilin fevralında Tərtərin Talış kəndi istiqamətində erməni hərbçilərin əlinə keçmişdi. aia.az Geri dön |