Ana Sayfa > Ölkə > Nazir: Plastik və şüşə butulkaları təhvil verənlər pulsuz dəqiqələr alacaq

Nazir: Plastik və şüşə butulkaları təhvil verənlər pulsuz dəqiqələr alacaq


4-02-2019, 15:59. Yazar: sevinc1
Nazir: Plastik və şüşə butulkaları təhvil verənlər pulsuz dəqiqələr alacaq


Türkiyədə ətraf mühitin qorunması məqsədilə plastik və şüşə butulkaların yığımının təşkili üçün tədbirlər görüləcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum deyib.

Nazir bildirib ki, Türkiyə vətəndaşları şüşə və plastik butulkaları təhvil vermək üçün təşviq ediləcək:

"Plastik və şüşə butulkaları təhvil verən vətəndaşlara mobil danışıq üçün pulsuz dəqiqələr veriləcək, həmçinin onlar ictimai nəqliyyatdan istifadə edərkən güzəştlər əldə edəcəklər".

M.Kurum vurğulayıb ki, bu sistem 2021-ci ildən tətbiq ediləcək.

Xatırladaq ki, 2019-cu il yanvarın 1-dən Türkiyədə mağazalarda polietilen paketlər pulsuz verilmir. Bir paketin qiyməti 0,25 lirədir.

aia.az
Geri dön