Ana Sayfa > Karusel / Dünya > İranda terror – ölən və yaralananlar var - YENİLƏNİB

İranda terror – ölən və yaralananlar var - YENİLƏNİB


2-02-2019, 11:22. Yazar: sevinc1
İranda terror – ölən və yaralananlar var - YENİLƏNİB


Bu gün səhər saatlarında İranın cənub-şərqində, Sistan və Bəluçistan vilayətinin Nikşəhr rayonunda Bəsic Qüvvələrinin bazasına terror hücumu olub.

Bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Qüds qərargahının İctimai əlaqələr şöbəsindən "Mehr" informasiya agentliyinə bildirilib.

Məlumata əsasən terrorçuların bazaya hücumu nəticəsində "Sepah"ın bir nümayəndəsi ölüb, 5 nəfər yaralanıb.

"Ceyş-ül-Zülm" terror qruplaşması bazaya hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Aktı törədən şəxslərin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.

aia.az
Geri dön