Ana Sayfa > Cəmiyyət > Hava Limanında üzərində bir kq-dan artıq narkotik gəzdirən şəxs tutulub

Hava Limanında üzərində bir kq-dan artıq narkotik gəzdirən şəxs tutulub


1-02-2019, 11:30. Yazar: sevinc1
Hava Limanında üzərində bir kq-dan artıq narkotik gəzdirən şəxs tutulub


Hava Limanında üzərində bir kq-dan artıq narkotik gəzdirən şəxs tutulub.

DİN Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında yanvarın 31-də saat 7 radələrində Beynəlxalq Hava Limanının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Culfa rayon sakini İ.Ələsgərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 1 kiloqram 34 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

aia.az
Geri dön