Ana Sayfa > Parlament > Zaqatalada aptek işçisi saxlanıldı - Psixotrop dərmanlar satırmış
Zaqatalada aptek işçisi saxlanıldı - Psixotrop dərmanlar satırmış31-01-2019, 15:10. Yazar: sevinc1 |
Zaqatala Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birində qanunsuz olaraq psixotrop tərkibli dərmanların satılması barədə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində güclü təsiredici xüsusiyyətə malik “Diazepam” dərman preparatını qanunsuz olaraq satdığı üçün həmin aptekdə işləyən şəhər sakini X.İsmayılova polis əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat-axtarış tədbirləri zamanı aptekdən 437 ədəd və 4 ampula psixotrop dərman preparatları aşkar edilərək götürülüb. Araşdırma aparılır. aia.az Geri dön |