Ana Sayfa > Gündəm > Nazirlik: Azərbaycanda 12 mindən çox şəhid ailəsinin təqaüdü artırılıb
Nazirlik: Azərbaycanda 12 mindən çox şəhid ailəsinin təqaüdü artırılıb31-01-2019, 15:01. Yazar: sevinc1 |
Bu il fevralın 1-dən şəhid ailələrinə verilən prezident təqaüdünün məbləği artırılır. Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli brifinq zamanı deyib. O bildirib ki, təqaüdün məbləği 58 manat artırılaraq 300 manata çatdırılıb. Müşavir qeyd edib ki, ötən müddət ərzində şəhid ailələrinə və müharibə veteranlarına 6654, o cümlədən 2018-ci ildə 626 mənzil verilib ki, bu da nəzərdə tutulandan 3 dəfə çoxdur: “2019-cu ildə bu vətəndaşlara minimum 800 mənzil veriləcək. Dövlət başçısının 30 yanvar tarixli fərmanına əsasən 12 mindən çox şəhid ailəsinin təqaüdləri artırlacaq”. M.Abbasbəyli əlavə edib ki, 2007-ci ildən etibarən şəhid ailələrinə verilən təqaüdlərin məbləği ümumilikdə 3 dəfə artırılıb. aia.az Geri dön |