Ana Sayfa > Karusel / Gündəm > Baş inspektor həbs olunub - DİN-dən rəsmi AÇIQLAMA

Baş inspektor həbs olunub - DİN-dən rəsmi AÇIQLAMA


29-01-2019, 17:56. Yazar: sevinc1
Baş inspektor həbs olunub - DİN-dən rəsmi AÇIQLAMA


Daxili İşlər Nazirliyi 10-dan çox vəzifəli şəxsin həbs edilməsi ilə bağlı yayılan məlumatlara reaksiya verib.



aia.az-ın məlumatına görə, nazirliyin mətbuat midmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında yayılan xəbərlərə münasibət bildirib.



O qeyd edib ki, daxil olmuş məlumat əsasında nazirliyin aidiyyatı qurumu tərəfindən yoxlama aparılıb:



“Məlum olub ki, Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Şahin Əhmədov xidməti vəzifəsindən sui-istifadə edərək müvafiq qanunvericiliyn tələbini kobud şəkildə pozmaqla bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edib.



İran vətəndaşlarının bu sənədləri əldə etməkdə məqsədləri MDB və Azərbaycanla vizasız gediş-gəliş imkanı olan digər ölkələrə sərbəst çıxış qazanmaları olub. Yoxlama zamanı polis əməkdaşı adına ləkə və daxili işlər orqanlarının nüfuzuna xələl gətirdiyinə görə Ş.Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub və toplanmış materiallara hüquqi qiymət verilməsi üçün prokurorluğa gödərilib.



Faktla bağlı cinayət işi başlanılıb və Ş.Əhmədov da təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.



O.Mansurzadə əlavə edib ki, 10 nəfərin həbs olunması ilə bağlı deyilənlər şişirdilmiş məlumatdır və əsassızdır.

aia.az
Geri dön