Ana Sayfa > Şou-biznes / Manşet / Karusel > Edam edilən şeyxlə bağlı şok sənəd yayıldı
Edam edilən şeyxlə bağlı şok sənəd yayıldı4-01-2016, 22:17. Yazar: admin |
ABŞ-ın Səudiyyə Ərəbistanının edam etdiyi şiə din alimi Şeyx Nimr ilə 2008-ci ildə görüşdüyü üzə çıxıb. Aia.az xəbər verir ki, bu, “Vikiliks”in əldə etdiyi sənədlərdə yer alıb. Lakin sənədlərdə Nimr ilə görüşən adamın adı qeyd edilməyib. ABŞ rəsmisi ilə görüş zamanı Şeyx Nimr iranyönlü biri olduğunu rədd edib və xaricdən gələcək istənilən yardımları qəbul edəcəyini bildirib. Bundan əlavə, şiə alimi Səudiyyə Ərəbistanı hökumətinin yalnız xalqın reaksiyası ilə dəyişə biləcəyini deyib. O, şiələrin ABŞ-a sünnilərdən daha yaxşı müttəfiqi ola biləcəyini, rəsmi Vaşinqton kimi ədalət və azadlıq anlayışlarına inandığını söyləyib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də aralarında şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimrinin də olduğu 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Riyad səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib. Geri dön |