Ana Sayfa > Ölkə > Bakıda torpaq almaq üçün əlverişli şərait yaranıb - QİYMƏTLƏR bir az da ucuzlaşdı

Bakıda torpaq almaq üçün əlverişli şərait yaranıb - QİYMƏTLƏR bir az da ucuzlaşdı


29-01-2019, 16:43. Yazar: sevinc1
Bakıda torpaq almaq üçün əlverişli şərait yaranıb - QİYMƏTLƏR bir az da ucuzlaşdı


2018-ci ilin dekabr ayında Bakıda torpaq bazarında ucuzlaşma müşahidə olunub. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

N.İbrahimovun sözlərinə görə, dekabr ayında qiymətlər 2,12 faiz ucuzlaşıb. Lakin ekspert bildirib ki, ümumilikdə il ərzində qiymətlərə nəzər yetirdikdə 2018-ci ildə torpaq 5,88 faiz bahalaşıb.

Ekspert torpaq bazarında son aylar müşahidə edilən ucuzlaşmanı mövsümi hesab edir.

Onun sözlərinə görə, havalar soyuduqca torpaq bazarında qeyri-mövsümi aylar başlayır, yəni yağışlı hava şəraiti torpağa marağı azaldır.

N.İbrahimov vurğulayıb ki, havalar istiləşməyə başladıqca bazarda canlanma yaranacaq və bu da qiymətlərin artmasına səbəb olacaq:

"Bu aylar torpaq almaq üçün əlverişli vaxtdır".

aia.az
Geri dön