Ana Sayfa > Səhiyyə > Nazirlik Azərbaycanda yayılan bu xəstəliklə bağlı tapşırıq verdi - Bütün şübhəli hallar araşdırılacaq

Nazirlik Azərbaycanda yayılan bu xəstəliklə bağlı tapşırıq verdi - Bütün şübhəli hallar araşdırılacaq


29-01-2019, 14:34. Yazar: sevinc1
Nazirlik Azərbaycanda yayılan bu xəstəliklə bağlı tapşırıq verdi - Bütün şübhəli hallar araşdırılacaq


Səhiyyə Nazirliyi Azərbaycanda qızılca xəstəliyi ilə bağlı daha bir açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, 2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib. Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb. Xəstəlik halları əsasən 20-40 yaşlı, vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib. Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb.

Bundan əlavə, hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik 160 min doz peyvənd alınmasını sifariş verib.

Nazirlikdən bildirilib ki, qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir.

aia.az
Geri dön