Ana Sayfa > Karusel / Təhsil > I siniflərə şagird qəbulu bu tarixdə başlanacaq - RƏSMİ

I siniflərə şagird qəbulu bu tarixdə başlanacaq - RƏSMİ


29-01-2019, 12:30. Yazar: sevinc1
I siniflərə şagird qəbulu bu tarixdə başlanacaq - RƏSMİ


2019-2020-ci tədris ili üçün ümumtəhsil məktəblərinin I sinfinə şagird qəbuluna mart ayında başlanacaq.

aia.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd olunub ki, ümumtəhsil məktəblərində I sinfə şagird qəbulunun cari ilin mart ayında başlaması nəzərdə tutulur.

I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsi ilə aparılacaq.

aia.az
Geri dön