Ana Sayfa > Karusel / Gündəm > Baş nazirdən Turizm Agentliyi ilə bağlı qərar - SİYAHI
Baş nazirdən Turizm Agentliyi ilə bağlı qərar - SİYAHI29-01-2019, 10:57. Yazar: sevinc1 |
Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibini təsdiq edib. aia.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb. Qərara görə, kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib: Kollegiyanın sədri Dövlət Turizm Agentliyinin sədri. Kollegiyanın üzvləri: Dövlət Turizm Agentliyinin sədrinin müavini; Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru; Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri; Dövlət Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin müdiri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru; Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini. aia.az Geri dön |