Ana Sayfa > Dünya > Əksər amerikalılar Trampın xarici siyasətini dəstəkləmir
Əksər amerikalılar Trampın xarici siyasətini dəstəkləmir28-01-2019, 17:42. Yazar: sevinc1 |
Amerikalıların böyük əksəriyyəti (63%) prezident Donald Trampın xarici siyasətini dəstəkləmir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “NORC” tədqiqat mərkəzinin keçirdiyi sorğu göstərir. Trampın xarici siyasətini yalnız 35% amerikalı dəstəkləyir. Paralel olaraq, amerikalıların yalnız 39%-i qoşunların Suriyadan çıxarılmasını dəstəkləyir. Amma 35% rəyi soruşulan ölkə qoşunlarının xarici ölkələrdə hərbi əməliyyatlara cəlb olunmasını dəstəkləmədiklərini də əlavə edib. Tramp 2018-ci ilin dekbarında ABŞA qoşunlarının Suriyadan çıxarılması barədə göstəriş vermişdi. aia.az Geri dön |