Ana Sayfa > İdman > “İrəli” İctimai Birliyi “Gənclik Veloyürüşü” keçirəcək

“İrəli” İctimai Birliyi “Gənclik Veloyürüşü” keçirəcək


28-01-2019, 16:53. Yazar: sevinc1
“İrəli” İctimai Birliyi “Gənclik Veloyürüşü” keçirəcək


2 fevral-Gənclər günü münasibətilə "İrəli” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) təşkilatçılığı, "Böyük İpək Yolu” Beynəlxalq Gənclər Birliyi, Dənizkənarı Bulvar İdarəsi, Heydər Əliyev Mərkəzi və Respublika Olimpiya Velosiped Məktəbinin tərəfdaşlığı ilə ənənəvi "Gənclik Veloyürüşü” keçiriləcək.

Veloyürüşün məqsədi gənclərdə sağlam həyat tərzinin formalaşması, velosiped mədəniyyətinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili və gənclər günü əhəmiyyətinin daha da artırılmasıdır.

"İrəli” İctimai Birliyi "Gənclər Günü”, "Azərbaycan Dövlət Müstəqilliyi Günü” kimi əlamətdar günlərdə ənənəvi olaraq veloyürüş təşkil edib.

Qeyd edək ki, 2 Fevral Gənclər günü ənənəsinin əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən 1997-ci il sərəncamına əsasən qoyulub və Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlayıb. Artıq bu il Azərbaycan gəncləri bu ənənənin 22-ci ilini qeyd edir.

3 fevral saat 11:00-da baş tutacaq "Gənclik Veloyürüşü” Azneft dairəsində start götürəcək və Heydər Əliyev Mərkəzində başa çatacaq.

Velo yürüşdə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olub, qeydiyyatdan keçə bilərlər: Qeydiyyat linki - ireli.az/2019/01/genclik-veloyurusu



aia.az
Geri dön