Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Azərbaycanda qriplə bağlı SON VƏZİYYƏT - Mövsümi qrip virusları aşkarlanıb
Azərbaycanda qriplə bağlı SON VƏZİYYƏT - Mövsümi qrip virusları aşkarlanıb28-01-2019, 11:26. Yazar: sevinc1 |
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə qriplə bağlı son vəziyyəti açıqlayıb. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, hər hansı qripəbənzər, yaxud ağırgedişli respirator infeksiyalı xəstələrdən laborator müayinələr götürülür. Bu payız–qış mövsümü ərzində götürülən müayinə materialı arasında tək-tək hallarda mövsümü qrip virusları aşkarlanıb. Qrip virusuna yoluxanlar arasında ölümlə nəticələnmə halı baş verməyib. A.Əliyeva qeyd edib ki, qonşu Gürcüstanda H1N1 virusunun olması ilə bağlı Azərbaycanın sərhəd-keçid məntəqələri məlumatlandırılıb. Xəstəliyin ölkəyə keçməsinin qarşısını almaq üçün lazımi tədbirlər görülür: “Hər hansı yüksəktemperaturlu şübhəli xəstə olarsa, onların aşkarlanması və izolyasiyası üçün sərhəd məntəqələrində şərait var. Eyni zamanda, yerlərdə də tibb müəssisələri tərəfindən epidemioloji nəzarət tədbirləri aparılır”. aia.az Geri dön |