Ana Sayfa > Siyasət > Komitə sədri: Azərbaycanda bir milyondan artıq vətəndaşımız bələdiyyələrdən məhrum olub
Komitə sədri: Azərbaycanda bir milyondan artıq vətəndaşımız bələdiyyələrdən məhrum olub25-01-2019, 15:59. Yazar: sevinc1 |
Azərbaycanda bir milyondan artıq vətəndaşımız bələdiyyələrdən məhrum olub. Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə komitənin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, erməni silahlı qüvvələri Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Qanunvericiliyə əsasən, ərazi olmayan yerdə bələdiyyə yaradıla bilməz. Bu baxımdan qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız bələdiyyələrdən məhrum olublar". aia.az Geri dön |