Ana Sayfa > Manşet / Siyasət > Qənirə Paşayevadan Avropaya ÇAĞIRIŞ: “Terrora dəstək verən siyasətçiləri qorumayın”

Qənirə Paşayevadan Avropaya ÇAĞIRIŞ: “Terrora dəstək verən siyasətçiləri qorumayın”


25-01-2019, 11:23. Yazar: sevinc1
Qənirə Paşayevadan  Avropaya ÇAĞIRIŞ: “Terrora dəstək verən siyasətçiləri qorumayın”


TürkiMilli Məclisin deputatı Qəbirə Paşayeva AŞPA-da Türkiyə ilə bağlı müzakirələrdə FDG (Azad Demokratlar Qrupu) adından çıxış edərək Avropanı terrora dəstək verən siyasətçiləri dəstəkləməməyə çağırıb.



Modern.az xəbər verir ki, AŞPA-da “Türkiyədə müxalifətçi siyasətçilərin vəziyyətinin pisləşməsi: onların əsas hüquqlarının qorunması üçün Avropa Şurasında nə etməli” adlı qətnamə layihəsininmüzakirəsi zamanı Azad Demokratlar Qrupu adına qrupun vitse-prezidenti, millət vəkili Qənirə Paşayeva çıxış edib və Avropanı terror dəstək verən siyasətçiləri qorumamağa çağırıb:

“Hörmətli həmkarlar, plüralist demokratik cəmiyyətlərdə müxalifət həyati əhəmiyyətli rol oynayır. Onlar milli idarəetməni yaxşılaşdırmaq məqsədilə hakimiyyətdə olan siyasi partiyanı tənqid edirlər. Onların rolu mühümdür, belə ki müxalifətsiz demokratiyanı təsəvvür etmək mümkün deyil. Buna baxmayaraq müxalifət də demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinə riayət etməlidir. Bu əsas prinsiplərə hörmət etməyən istənilən müxalifət demokratiyanın fəaliyyətinə aradan qaldırıla bilinməyən zərər vurur. Türkiyə məsələsinə gəlincə, müxalifətin bir sıra üzvləri demokratiya qaydalarına uyğun fəaliyyət göstərmirlər.

Qətnamə layihəsi terrorizmlə bağlı hüquq pozuntularına görə təqsirləndirilən HDP siyasətçilərinə istinad edir. Onların milli məhkəmə orqanlarına apellyasiya vermək hüququna heç bir maneə törədilmir. Nəticə etibarilə demək mümkündür ki, onlar qanuni hüquqlarından maneəsiz istifadə edə bilərlər.Müxalifətçi siyasətçi olmaq terrorizmlə bağlı cinayətlərdə de fakto toxunulmazlıq hüququ verirmi? Bu qurumunun, AŞPA-nın üzvləri olaraq mən inanıram ki, heç kim bu suala müsbət cavab verə bilməyəcək. Siyasətçi olmaq terrorizmə təhrik etmək və beynəlxalq terror təşkilatları üçün təbliğat aparmaq üçün kart-blanş vermir. AŞPA müxalifətçi siyasətçilərə qarşı məhkəmə proseslərinə necə münasibət göstərməlidir? Müxalifətin müdafiəsi ilə terrorizmin dəstəklənməməsi arasında həssas tarazlıq tapılmalıdır. Buna baxmayaraq bu hesabat bu cür tarazlığı yaratmağa cəhd göstərmir. Bu hesabatda təkcə məhkəmə prosesləri ilə bağlı faktlara məhəl qoyulmur, həm də Türkiyə ilə münasibətdə konstruktiv yanaşma da yoxdur. Azad Demokratlar Qrupu olaraq, biz müxalifətin demokratik cəmiyyətlərdə oynadığı həyati əhəmiyyətli rol faktını tamamilə dərk edirik. Buna baxmayaraq üzv dövlətlərdə demokratiyanın güclənməsi terrorizmlə bağlı ittihamlara qarşı "gözü kor" anlamını verməməlidir. Biz başqa üzvləri də bu məsələyə eyni bucaqdan yanaşmağa dəvət edirik”.

aia.az
Geri dön