Ana Sayfa > Manşet / Gündəm > BŞİH müxalifətin mitinqinə İCAZƏ VERMƏDİ
BŞİH müxalifətin mitinqinə İCAZƏ VERMƏDİ24-01-2019, 17:55. Yazar: sevinc1 |
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb. aia.az xəbər verir ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli "Report"a açıqlamasında deyib ki, BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib. "Bizə təqdim olunan cavab məktubunda bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulub. Qeyd olunub ki, yanvarın 20-də də bir sıra qanun pozuntuları olub. Bu səbəblər əsas gətirilərək, mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. Milli Şura şəhər icra hakimiyyətinin məktunu müzakirə edərək, müvafiq qərar verəcək" - deyə, R.Əhmədli bildirib. Qeyd edək ki, sonuncu mitinq yanvarın 19-da keçirilib. aia.az Geri dön |