Ana Sayfa > Təhsil > ““Kurikulum” sözünü deyəndə ağzımız əyilir” – Deputatdan müəllimlərə ÇAĞIRIŞ
““Kurikulum” sözünü deyəndə ağzımız əyilir” – Deputatdan müəllimlərə ÇAĞIRIŞ24-01-2019, 17:44. Yazar: sevinc1 |
““Kurikulum” sözünü deyəndə az qalır ağzımız əyilsin. “Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm”. Modern.az xəbər verir ki, bunu deputat Ağacan Abiyev parlamentin Elm və təhsil komitəsinin iclasında deyib. O qeyd edib ki, bu sözü düz-əməlli də deyə bilmirik, deyəndə də az qalır ağzımız əyilsin: “Bu məsələ təhsildə xaos yaradır. Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər,desinlər? Bu, xaosdur, “şum”dur...Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”. aia.az Geri dön |