Ana Sayfa > Gündəm > Azərbaycan Cənubi Sudana sülhməramlı göndərdi

Azərbaycan Cənubi Sudana sülhməramlı göndərdi


23-01-2019, 18:00. Yazar: sevinc1
Azərbaycan Cənubi Sudana sülhməramlı göndərdi


Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında həyata keçirilən sülhməramlı missiyada hərbi müşahidəçi qismində iştirak etmək üçün Cənubi Sudana göndərilib.

Bu barədə aia.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, keçən il noyabrın 30-da Silahlı Qüvvələrin 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.

aia.az
Geri dön