Ana Sayfa > Karusel / Gündəm > Əvəz Zeynallıya qarşı iddia ərizəsi icraata qəbul olunmadı

Əvəz Zeynallıya qarşı iddia ərizəsi icraata qəbul olunmadı


23-01-2019, 17:32. Yazar: sevinc1
Əvəz Zeynallıya qarşı iddia ərizəsi icraata qəbul olunmadı


YAP Ağsaqqallar Şurasının üzvü, ADPU-nun müəllimi Miri Həsənovun jurnalist Əvəz Zeynallıya qarşı iddia ərizəsi məhkəmə tərəfindən rədd olunub.

BakuPost-un məlumatına görə, iddia ərizəsinə bu gün saat 15:00-da Nərimanov Rayon Məhkəməsində qiymət verilib. Hakim iddianın icraata qəbul olunmaması haqda qərar çıxarıb.

Ə.Zeynallı bildirib ki, Miri Həsənov tərəfindən məhkəməyə çox qeyri-ciddi bir əsasla verilib. "İddia bundan ibarətdir ki, jurnalist M. Həsənovun xəbəri olmadan onun portretini internetdə yayıb, bu isə oğurluqdur və oğurluq da cinayət tərkiblidir”.


aia.az
Geri dön