Ana Sayfa > Aia TV > Ağalarovdan ABŞ-ın ittihamlarına cavab: “Fantastikadır...”
Ağalarovdan ABŞ-ın ittihamlarına cavab: “Fantastikadır...”23-01-2019, 15:37. Yazar: sevinc1 |
Müğənni Emin Ağalarov ABŞ-da ona qarşı irəli sürülən ittihamlarla bağlı açıqlama verib. BakuPost xəbər verir ki, iş adamı ona qarşı ABŞ-ın irəli sürdüyü ittihamları "fantastika" adlandırıb: "Mən heç bir qanunu, sərhədi və prinsipləri pozmamışam. Müzakirə olunan və ittiham kimi irəli sürülən bütün məsələlər fantastikadır”. Xatırladaq ki, daha əvvəl müğənninin vəkili Skott Balber bildirmişdi ki, ABŞ-ın "Rusiya işi” üzrə xüsusi prokuroru Robert Müller Emin Ağalarovun dindirilməsi ilə bağlı sorğu göndərib. aia.az Geri dön |