Ana Sayfa > Manşet / Gündəm > Nəsimi ilində hansı tədbirlər keçiriləcək? - Baş nazir sərəncam imzaladı
Nəsimi ilində hansı tədbirlər keçiriləcək? - Baş nazir sərəncam imzaladı23-01-2019, 15:26. Yazar: sevinc1 |
![]() Baş nazir Novruz Məmmədov "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi barədə” sərəncam imzalayıb. BakuPost-un məlumatına görə, sərəncama əsasən "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı” təsdiqlənib. Tədbirlər Planında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək. Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinə tapşırılıb. aia.az ![]() ![]() ![]() Geri dön |