Ana Sayfa > Karusel / Siyasət > “Bizim borcumuzun infrastruktura heç bir aidiyyəti yoxdur” - Dövlət başçısı
“Bizim borcumuzun infrastruktura heç bir aidiyyəti yoxdur” - Dövlət başçısı23-01-2019, 12:44. Yazar: sevinc1 |
Azərbaycanın təkcə başqa ölkələrə deyil, həm də infrastruktura, real iqtisadiyyata sərmayə yatırmaq strategiyası var. BakuPost-un məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada aparıcının sualını cavablandırarkən deyib. Dövlətimizin başçısı qeyd edib: "Bizim uzun illərdir ki, strategiyamız qazandığımızdan daha az xərcləməkdən ibarət olub. Yaxşı olardı ki, bu fərq daha da böyük olsun. Buna görə biz üzərimizə borc yığmamışıq. Daxili borca gəlincə, o, çox aşağıdır. Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 19 faizinə bərabərdir. Bizim bunu 10 faizə endirmək üçün strategiyamız var. Buna görə də bayaq da qeyd etdiyim kimi, Azərbaycanda həyata keçirdiyimiz bütün infrastruktur layihələri, yəni, qeyd etdiyim kimi, ölkələri bir-birinə birləşdirən layihələr borcsuz həyata keçirilmişdir. Biz iyirmi il bundan əvvəl - o qədər inkişaf etmədiyimiz və kasıb olduğumuz zaman borc götürmüşdük və borc götürmək məcburiyyətində idik. Bizə borc verən həmin maliyyə institutlarına minnətdarıq. İndi biz borc veririk”. İlham Əliyev vurğulayıb ki, indi Azərbaycanın təkcə başqa ölkələrə investisiya yatırmaq yox, həm də infrastruktura, real iqtisadiyyata sərmayə yatırmaq strategiyası var: "Eyni zamanda, biz digər ölkələrdə həyata keçirilən infrastruktur layihələri üçün borc pul veririk. Bizim borcumuzun infrastruktura heç bir aidiyyəti yoxdur. Lakin biz infrastruktura investisiya yatıranda dərhal vəsaitimizin geri qaytarılmasını gözləmirdik. Biz başa düşürük ki, geri qayıdacaq gəlir birbaşa olmayacaq. Siz yol tikdiyinizə görə pul qazanmayacaqsınız. Lakin siz mallarını bazara gətirmək üçün bu yoldan istifadə edənlər tərəfindən ödənilən vergilərdən qazanacaqsınız. Ya da bizim ərazidən tranzit kimi Şərqdən Qərbə və əks istiqamətdə istifadə edənlər tərəfindən ödənilən vəsaitdən qazanacağıq. Bu da sərmayədən geri qayıdan bir gəlirdir. Lakin hesab edirəm ki, daxildə infrastruktura və regional əməkdaşlığa sərf etdiyimiz vəsait ola bilsin on ildən sonra geri qayıtsın”. aia.az Geri dön |