Ana Sayfa > Dünya > Avropa ordusu qurulur – İlk addım atıldı

Avropa ordusu qurulur – İlk addım atıldı


22-01-2019, 15:49. Yazar: sevinc1
Avropa ordusu qurulur – İlk addım atıldı


Kansler Angela Merkel və Prezident Emmanuel Makron Almaniya ilə Fransa arasında əməkdaşlığa dair yeni müqavilə imzalayıblar.

"Report” DW-yə istinadən xəbər verir ki, Almaniyanın Kansleri Angela Merkel sənədin imzalandığı günü "xüsusi gün” adlandırıb.

Yelisey müqaviləsi əsasında Axen müqaviləsi özündə əməkdaşlığın genişləndirilməsini ehtiva edib. İki dövlət arasında Yelisey müqaviləsi 1963-cü ildə imzalanıb.

Sənəd 7 bölmə və 28 maddədən ibarətdir.

Angela Merkel bildirib ki, bu sənəd iki ölkə arasında qarşılıqlı fəaliyyətin təməlini qoyur: "Fransa ilə imzalanan yeni müqavilə Avropa ordusunun qurulması istiqamətində ilk addımdır”.

aia.az
Geri dön