Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda qardaş öz böyrəyini bacısına bağışladı - FOTO

Azərbaycanda qardaş öz böyrəyini bacısına bağışladı - FOTO


22-01-2019, 11:21. Yazar: sevinc1
Azərbaycanda qardaş öz böyrəyini bacısına bağışladı - FOTO


Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLANın rəhbərliyi ilə 26 yaşlı qadın üzərində uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, donor pasiyentin qardaşı olub. Xəstənin həyat yoldaşının donor olmağına razılıq verməsinə baxmayaraq, qadının qardaşı bu istəyə qarşı çıxaraq özü donor olmağa qərar verib.



Rəşad Şolanın sözlərinə görə, transplantologiyada ən böyük problem donorluqdur. Bu ailə isə o nadir ailələrdən biri idi ki, həmin ailənin bütün üzvləri donor olmağa hazır olduqlarını bildirirdilər: “Düşünürəm ki, insanlığın bu canlı nümunəsi təqdirəlayiqdir. Bu ailədən örnək götürülməlidir!”



aia.az
Geri dön