Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Həmdərd olaq ki həmrəy olaq
Həmdərd olaq ki həmrəy olaq2-01-2016, 22:00. Yazar: admin |
31 Dekabr dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur. Hadisələr Naxçıvanda Sovet-iran sərhədlərinin sökülməsiylə başladı. Uzun sürən azadlıq mübarizəsində və 20% torpaqların itirilməsindən sonra Gülüstan, Türkmənçay müqavilələrinin faciəvi tarixinin bir hissəsinə son qoyuldu. Çünki yalnız 20%-torpağı işğal altında olan Şimali Azərbaycan müstəqillik qazandı. Torpağı işğal altında olan Azərbaycanın cəbhəyanı bölgələrindən tez-tez şəhid xəbərləri gəlməkdədir. Tarix boyu biz torpaq itirmişik. Cənubi Azərbaycanı, Qərbi Azərbaycanı, Borçalını, Dərbəndi və indiki Qarabağı. Əsli Qərbi Azərbaycandan, Zəngəzurdan olanlara Ermənistanlı deyirik. Əsli Borçalıdan olanlara Gürcüstanlı deyirik. Soykökü Cənubi Azərbaycandan olanlara İranlı deyirik. Qarabağdan olanlara isə qaçqın deyirik. Əsli Dərbəndən olanlara isə Dağıstanlı adlandırırıq. Bunlar çox deyilib. Ancaq tarixdə belə bir qayda var: Təkrarlamasan yaddan çıxır. Statistik məlumata görə biz azərilər 50 milyonuq və dünyanın əksər hissəsinə səpələnmişik. Tarix boyu başımıza açılmayan oyunlar qalmadı. 25 ildə nə qədər faciələrimiz oldu: 20 yanvar, Xocalı faciəsi, 20 noyabr faciəsi, Qarabağın işğalı, 1 milyonluq vətəndaşımızın ata-baba yurdlarından didərgin düşməsi. Bütün bu faciələrdə 50 milyonluq Azərbaycanlı dərdi özünküləşdirib həmrəy ola bildimi?! 2004-cü ilin yanvarında Budapeştdə Azərbaycan xalqını təhqir edən erməni zabitini o biri dünyalıq edən, ata-baba yurdları hələdə düşmən tapdağında olan Ramil Səfərova ömürlük həbs cəzası veriləndə dünyada yaşayan 50 milyon Azərbaycanlı onu müdafiyə etməkdə həmrəy ola bildimi? Biz zaman–zaman torpaq itirmişik. İtirdiyimiz torpaqların dərdini, acısını özümüzünküləşdirib həmdərd olaq ki həmrəy də ola bilək. Dünyanın xəritəsi yenidən cızılmaqdadır. Bəlkə, bundan sonra biz Azərbaycanlılar həmdərd olub Azərbaycanın köhnə xəritəsini yeni qələmlə cızmaqda həmrəy olaq. Şirxanlı Rövşən Geri dön |