Ana Sayfa > Ölkə > Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edilib

Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edilib


21-01-2019, 17:33. Yazar: sevinc1
Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkar edilib


AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov böyük Azərbaycan şairi İmadəddin Nəsimi divanının-lirik şeirlər toplusunun Ankaranın Milli Kitabxanasında saxlanan iki əlyazma nüsxəsinin sürətini əldə edib.

İnstitutdan verilən məlumata görə, bu nüsxələr şairin "Hüseyni” təxəllüsü ilə yazdığı şeirlərin olması ilə diqqəti cəlb edir.

105 vərəqdən ibarət birinci əlyazmanın başlığı "Divani-Həzrət Seyyid-Nəsimi” kimi getsə də, buradakı şeirlərin çoxu "Hüseyni” təxəllüsü ilə yazılıb. 124 vərəqdən ibarət ikinci əlyazma divanında isə şairin həm Nəsimi, həm də Hüseyni təxəllüsü ilə yazdığı şeirləri var.

Nəsimi divanının sürətləri yeni əldə edilmiş nüsxələri şairin yaradıcılığının tədqiqi baxımından böyük maraq kəsb edir.

aia.az
Geri dön