Ana Sayfa > Təhsil > Turizm üzrə proqrama cəlb olunan peşə məktəblərinin tələbələrinin 60 faizindən çoxu işlə təmin olunub

Turizm üzrə proqrama cəlb olunan peşə məktəblərinin tələbələrinin 60 faizindən çoxu işlə təmin olunub


21-01-2019, 15:05. Yazar: sevinc1
Turizm üzrə proqrama cəlb olunan peşə məktəblərinin tələbələrinin 60 faizindən çoxu işlə təmin olunub


“Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı”na cəlb olunan peşə təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu işlə təmin olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, cari tədris ilindən başlayaraq “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi çərçivəsində Quba Peşə Liseyi və İsmayıllı Peşə Tədris Mərkəzində turizm-xidmət sahəsi üzrə kadr hazırlığına başlanılıb.

Təcrübə proqramı Təhsil Nazirliyi, “British Council” təşkilatı və ölkədə fəaliyyət göstərən turizm-xidmət sektoru üzrə müəssisələr ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Layihənin əsas məqsədi turizm-xidmət sahəsi üzrə müəllimlərin potensialının artırılması, işəgötürənlərin iştirakı ilə milli standart və kvalifikasiyalara uyğun kurikulumların hazırlanması və peşə təhsili müəssisələrinin məzunlarının işlə təmin olunmasına imkan yaradılmasıdır.

Layihə Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzində “aşpaz”, “oteldə konsiyerj” və “mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisasları üzrə həyata keçirilib. Layihəyə uyğun olaraq, Birləşmiş Krallığın “People1st” təşkilatı tərəfindən müfaviq ixtisaslar üzrə yeni kurikulum və tədris materialları hazırlanıb, müəllimlər üçün təlimlər təşkil olunub.

Gələcəkdə layihənin əhatə dairəsinin daha da genişləndirilməsi və müvafiq sahələr üzrə peşə təhsili müəssisələrinin bu layihəyə cəlb olunması nəzərdə tutulur.

aia.az
Geri dön