Ana Sayfa > Şou-biznes / Manşet / Karusel > Avropa Birliyi Yanukoviç üzərindən sanksiyaları götürür
Avropa Birliyi Yanukoviç üzərindən sanksiyaları götürür2-01-2016, 18:04. Yazar: admin |
Avropa Birliyində (AB) Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və komandasına qarşı tətbiq elədiyi sanksiyaların götürülməsi mümkünlüyünə baxılır. Musavat.com-un məlumatına görə, bu barədə "The Wall Street Journal" nəşri xəbər verib. Jurnalın avropalı məmurlar sırasındakı mənbələrinindən alınan xəbərlərə görə, Yanukoviç üzərindən maliyyə və viza məhdudiyyətləri 2016-c ilin yazında götürülə bilər. Bu, onunla əlaqədardır ki, rəsmi Kiyev indiyədək ona qarşı dövlət əmlakının qanunsuz mənimsənilməsi şübhəsi üzrə cinayət ittihamları irəli sürməyib. 2014-cü ilin martında AB Yanukoviç başda olmaqla Ukraynanın 18 keçmiş məmurunun öz ərazisinə keçməsini qadağan edib və onların bank hesablarına həbs qoyub. Geri dön |