Ana Sayfa > Ölkə > “Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi

“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi


19-01-2019, 16:42. Yazar: sevinc1
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi



20 yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ilk dəfə “Qanımız bir, canımız bir” adlı könüllü qanvermə aksiyası keçirilib.

Aksiyanın məqsədi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında dayanan hərbçilərimizin sağlamlığının qorunmasına kömək etməkdir.

Aksiyanı Müdafiə Nazirliyinin hərbi qanköçürmə stansiyasının 20 həkimdən ibarət briqadası aparıb. Aksiya çərçivəsində könüllü donor kimi Dövlət Komitəsinin 100 nəfərə yaxın əməkdaşı qan verib.

Tədarük olunan qan nümunələri hərbi qanköçürmə stansiyasında yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə olunacaq.

aia.az
Geri dön