Ana Sayfa > Siyasət > Dövlət qulluqçuların səlahiyyət müddəti məhdudlaşdırılacaq - Qanun layihəsi hazırlanır
Dövlət qulluqçuların səlahiyyət müddəti məhdudlaşdırılacaq - Qanun layihəsi hazırlanır19-01-2019, 12:24. Yazar: sevinc1 |
Dövlət qulluqçularının səlahiyyət müddəti ilə bağlı yeni norma tətbiq ediləcək. BakuPost-un məlumatına görə, bunu "Hürriyyət” qəzetinə müsahibəsində millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev bildirib. Deyib ki, bu barədə qanun layihəsi üzərində iş gedir və yaxın zamanlarda müvafiq qanunvericilik aktlarında bəzi dəyişiklərin edilməsi gözlənilir: "Ölkə başçısının fərmanı ilə universitetlərin rektorlarının səlahiyyət müddəti 5 ilə endirildi. Artıq hər 5 ildən bir ali məktəblərə yeni rektorlar təyin olunacaq. Hesab edirəm ki, bu norma digər dövlət qulluqçuları üçün də tətbiq olunmalıdır. Məndə olan və mətbuatdan oxuduğum məlumatlara görə, artıq bu barədə qanun layihəsi üzərində iş gedir və yaxın zamanlarda müvafiq qanunvericilik aktlarında bəzi dəyişiklərin edilməsi gözlənilir. Təcrübələr göstərir ki, əksər hallarda eyni vəzifədə uzun müddət olan adamlar rəhbərlik etdikləri sahəyə yeni ideyalar gətirə, öz işlərini təkmilləşdirə bilmirlər. Səlahiyyət müddətinin uzunluğu nəticəsində rəhbər şəxslərin kollektivlə yaxın münasibətləri yaranır, nəticədə iş tələbkarlığı aşağı düşür, bəzən hətta onların qanunsuz fəaliyyətlərinə, vəzifə səlahiyyətlərini aşmasına göz yumulur. Beləcə, idarəetmə mexanizmi yarıtmaz hala düşür. Ona görə də islahatların tərkib hissəsi kimi bu məsələlər də öz həllini tapmalı, bu il ərzində yeni idarəetmə sisteminin hüquqi bazası formalaşdırılmalı və 2020-ci ildən bu istiqamətdə konkret addımlar atılmalıdır”. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”ya əsasən Nazirlər Kabineti, Ədliyyə Nazirliyi, Dövlət İmtahan Mərkəzi dövlət qulluğunda rotasiyanın tətbiqi mexanizmlərinin formalaşdırılmasına dair təkliflər hazırlanmalı və 2020-ci ildə qanunvericilikdə rotasiyanın tətbiqi mexanizmlər müəyyən edilməlidir. aia.az Geri dön |