Ana Sayfa > Dünya / Media / Aia TV / Karusel > "Həyatımda ilk dəfə ağıllı iş gördüm" - Aygün Kazımova

"Həyatımda ilk dəfə ağıllı iş gördüm" - Aygün Kazımova


2-01-2016, 16:19. Yazar: admin


Xalq artisti Aygün Kazımova "Səni belə sevmədilər" mahnısına klip çəkdirəcək.

Aia.az -ın məlumatına görə, ekran işini türkiyəli işçi heyəti lentə alacaq. Müğənni bu haqda 106.3 FM-də qonaq olarkən deyib:

"Yanvarın ilk günlərində Türkiyədən böyük bir yaradıcı heyət Bakıya gələcək. Bu mənim qardaş ölkədəki növbəti layihəmdir. Klipin Bakıda çəkilməsini özüm istədim. Həyatımda ilk dəfə ağıllı bir iş də gördüm. Türkiyədəki komandanın pulunu əvvəlcədən verdim. Qonorar dollarnan idi. Mən də dollar bahalaşmamış pulu vermişdim. Buna görə indi çox sevinirəm".
Geri dön