Ana Sayfa > Parlament / Aia TV / Karusel > 1 ailə qidadan, 1 ailə isə turşudan zəhərləndi - AZƏRBAYCANDA
1 ailə qidadan, 1 ailə isə turşudan zəhərləndi - AZƏRBAYCANDA2-01-2016, 15:07. Yazar: admin |
Bayram günlərində Bakı şəhərində qida zəhərlənməsi ilə bağlı xəstəxanalardan hər hansı məlumat daxil olmayıb, vətəndaşların müraciəti qeydə alınmayıb. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib. Azərbaycanın rayonlarına gəlincə, İ. Abdullayev deyib ki, yalnız dekabrın 31-də Tovuz rayonunun iki kəndində qida zəhərlənməsi qeydə alınıb. Hunanlar kəndində bir ailənin 4 üzvü öz bişirdikləri ev xörəkləri – bozbaş və kulinariya yeməkləri yedikdən sonra xəstəxanaya müraciət edib. Onların vəziyyətləri hazırda normaldır, bu gün evə buraxılacaqları gözlənilir. Tovuzun rayonunun Qala kəndində isə bir ailənin 3 üzvü kustar yolla hazırladıqları pomidor turşusundan zəhərləniblər. Botulizm diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərdə yüngül hal qeydə alındığından onlar artıq evə buraxılıblar. Geri dön |