Ana Sayfa > Karusel / Ölkə > Azərbaycana 40 santimetr hündürlüyündə qar yağdı

Azərbaycana 40 santimetr hündürlüyündə qar yağdı


18-01-2019, 12:28. Yazar: sevinc1
Azərbaycana 40 santimetr hündürlüyündə qar yağdı



“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 17-dən 18-i səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış yağıb, bəzi yerlərdə sulu qara, qara keçib, bəzi şərq rayonlarında intensiv olub. Bakıda və Abşeron yarımadasında əsən güclü şimal-qərb küləyi şiddətlənib”.

Bu barədə aia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 1-26, Mərkəzi-Aran rayonlarında 5-18, Bakıda və Abşeron yarımadasında 2-9, Böyük Qafqazda 2-15, Qazax-Gəncə zonasında 0-8, Kiçik Qafqazda 1-4, Naxçıvan MR-da 2-5 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə 40, Kişçay, Qırızda 15, Altıağacda 11, Kirən, Xınalıqda 10, Qaxmuğal, Şahdağda 7, Xaltan, Sarıbaşda 6, Şahbuz, Qusarda 5, Yardımlıda 4, Quba, Mərəzədə 2, İsmayıllı, Daşkəsəndə 1 sm olub.

aia.az
Geri dön