Ana Sayfa > Ölkə > Külək hansı əraziləri işıqsız qoyub?

Külək hansı əraziləri işıqsız qoyub?


17-01-2019, 15:19. Yazar: sevinc1
Külək hansı əraziləri işıqsız qoyub?


Hazırda Bakıda və Abşeron yarımadasında enerji təchizatı normaldır. Hava şəraiti ilə əlaqədar elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb.

Bu sözləri BakuPost-a Azərişıq ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib. ASC sözçüsü bildirib ki, əhalinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri önləyici tədbirlər görülüb:

"Küləklə əlaqədar hər hansısa ərazidə kəsinti qeydə alınmayıb və bu barədə müraciət daxil olmayıb. Sadəcə olaraq təhlükəsizlik məqsədilə bəzi ərazilərdə elektrik enerjisinin verilişinə 10-15 dəqiqəlik qısa fasilələr yaranıb. Haradasa enerjinin verilişində problem yaranarsa, vətəndaşlardan xahiş olunur ki, bu barədə bizə məlumat versinlər. "199" nömrəli məlumat nömrələrimiz daim fəaliyyətdədir".


aia.az
Geri dön